BAKI, 2 sentyabr. TELEQRAF
Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Gize Rusiya vətəndaşlarının Almaniyaya turizm səfərlərinin artıq əvvəlki formatda davam etməyəcəyini bildirib.
Teleqraf "Deutsche Welle" nəşrinə istinadla xəbər verir ki, Martin Gize hazırda Rusiya vətəndaşlarına verilən vizaların sayını daha da azaltmaq üçün Avropa İttifaqındakı tərəfdaşlarla gizli danışıqlar aparıldığını vurğulayıb.
"Rusiya vətəndaşlarının Avropa İttifaqında istirahət etməsi üçün verilən vizaların sayı həddindən çoxdur. Biz bu sayın kəskin azaldılmasını istəyirik".