BAKI, 2 sentyabr. TELEQRAF

"FiloJet" yüksək sürətli sərnişin bərəsinin qəzasından sonra Şimali Kipr Türk Respublikasının (ŞKTR) ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Ünal Üstel açıqlama verib.

O, qərarın siyasi motivli olmadığını və faciənin səbəbləri ilə bağlı davam edən istintaqda lazımi şəffaflığı təmin etmək üçün məsul vəzifəli şəxslərin işdən çıxarılması və vəzifədən kənarlaşdırılması hallarının sayının artacağını bildirib.