BAKI, 2 sentyabr. TELEQRAF

Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Bu barədə Teleqraf-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcəyi bildirilib.

"Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunub.