BAKI, 27 iyul. TELEQRAF
ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində yerləşən Seattle Center əyləncə və incəsənət mərkəzində baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, Sietl Polisi "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və yaralananlar var.
"KOMO News" telekanalının məlumatına görə, atışma qastronomiya festivalı zamanı baş verib. Hadisə şahidləri azı altı nəfərin güllə yarası aldığını bildiriblər.
Hadisənin başvermə səbəbi və yaralıların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.