BAKI, 23 iyul. TELEQRAF
“Rusiya-Ukrayna müharibəsinin dayandırılması yeni ideyalar və təkliflər tələb edəcək, çünki hər iki tərəf əvvəlki təşəbbüslərlə razılaşmır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra deyib.
Rubio Manilada (Filippin) keçirilən 59-cu ASEAN Xarici İşlər Nazirləri Konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib:
“Yeni təkliflər və yeni ideyalar axtarmalı olacağıq. Əgər sülh olacaqsa, bu, yeni ideya və bəzi yeni konsepsiyalar sayəsində olacaq”.
Dövlət katibi əlavə edib ki, ABŞ də bunlardan bəzilərini müvafiq kontekstdə və formatda təklif etməyə hazırdır.