BAKI, 23 iyul. TELEQRAF
“İran əməl edə biləcəyi razılaşmaya hazır deyil”.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, ABŞ hər gün gecə saatlarında endirdiyi zərbələrlə İranın atdığı addımların bədəlini hər gecə artırır və bu, Tehran öz mövqeyini dəyişənədək davam edəcək.
Rubio Manilada keçirilən ASEAN sammiti çərçivəsində jurnalistlərə bildirib ki, İran ya bağladığı hər bir razılaşmanı pozur, ya da imzalandıqdan sonra onun bəndlərini dəyişdirməyə çalışır:
“Bu isə onların hazırda razılaşma əldə etməyə hazır olmadığını göstərir. Amma tezliklə razılaşmaya hazır olacaqlar, çünki ödədikləri bədəl çox ağırdır”.
Dövlət katibi həmçinin mediada ABŞ administrasiyası rəsmiləri arasında İran məsələsinə görə fikir ayrılığı olduğu barədə yayılan xəbərləri təkzib edib. O qeyd edib ki, danış aparan əsas şəxs Prezident Donald Trampdır, administrasiyanın digər üzvləri isə müzakirə olunan məsələlərdən asılı olaraq fərqli rollar yerinə yetirirlər.