BAKI, 27 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin gələcək inkişafı ilə bağlı üç mümkün variantı nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, nəzərdən keçirilən ssenarilər bunlardır:

Hərbi eskalasiya;

İrana qarşı yeni sanksiyalar tətbiq etməklə iqtisadi təzyiqin artırılması;

ABŞ-nin müharibədə qələbə qazandığını elan edərək münaqişədən çıxması.

Qeyd edilib ki, bu variantlar son həftələrdə vitse-prezident Ceyms Devid Vens, müharibə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Den Keyn, xüsusi nümayəndələr Stiven Uitkoff və Cared Kuşnerin iştirakı ilə keçirilən görüşlərdə müzakirə olunub.