BAKI, 23 iyul. TELEQRAF

Amerika lideri Donald Tramp ABŞ ilə Səudiyyə Ərəbistanı arasında atom energetikası sahəsində bağlanan sazişin krallıqda uranın zənginləşdirilməsini nəzərdə tutmadığını və hərbi məqsədlər daşımadığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti "Truth Social" səhifəsində yazıb.

O qeyd edib ki, ABŞ Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının bağladığı mülki nüvə energetikası sahəsindəki razılaşma yalnız qeyri-hərbi məqsədlərə yönəldiləcək. D. Tramp əlavə edib ki, əgər mülki nüvə energetikası obyektləri hərbi ehtiyaclar üçün uranın zənginləşdirilməsində tətbiq olunmursa, ABŞ belə obyektlərin əleyhinə deyil.