BAKI, 27 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində 2028-ci il prezident seçkilərinə işarə kimi qiymətləndirilən bir neçə görüntü paylaşıb.

Teleqraf xəbə verir ki, paylaşımlardan birində Tramp üzərində "Trump 2028" yazılmış kepkada ABŞ bayrağı, raket və sabiq prezident Co Baydenin çıxışının göstərildiyi televiziya fonunda təsvir olunub.

Bundan əvvəl Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində prezident seçkilərində "dördüncü qələbəsi" ilə bağlı zarafat etmişdi.

Daha əvvəl ABŞ mediası Trampın 2028-ci il prezident seçkilərində öz varisi kimi vitse-prezident Cey Di Vensi dəstəklədiyini yazmışdı.