BAKI, 23 iyul. TELEQRAF

“ABŞ-nin İranın dron və raket buraxma imkanlarını ciddi şəkildə zəiflətməsi üçün bir neçə həftə ərzində hər gün 150-200 zərbə endirməsi lazım gələ bilər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Mark Montqomeri “Financial Times”a deyib.

Admiralın sözlərinə görə, əsas məsələ ABŞ ordusunun mobil raket buraxılış qurğularını məhv edib-edə bilməyəcəyindən asılıdır.

“Qısa məsafədən havada raketləri zərərsizləşdirmək taktiki baxımdan çətin məsələdir. Amma həmin buraxılış qurğularını İran ərazisinin təxminən 120 kilometr dərinliyinə çəkilməyə məcbur etmək mümkün olsa, bu işi xeyli asanlaşdırar”, - Montqomeri vurğulayıb.