BAKI, 26 iyul. TELEQRAF

“Şamaxı” yoxlama matçında qələbə qazanıb.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi Qətərin II liqasında çıxış edən “Əl-Xaritiyat”la qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən görüş “Şamaxı”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Şamaxı" ilk yoxlama matçında "Kəpəz"lə qolsuz heç-heçə edib