BAKI, 27 iyul. TELEQRAF

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Berlindəki Tierqarten parkı yaxınlığında insanların üzərinə avtomobil sürülməsi hadisəsinin böyük ehtimalla islamçı terror aktı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, nazirin sözlərinə görə, hadisə yerində əldə olunan məlumatlar bunun terror hücumu olduğunu göstərir.

"Burada gördüyümüz hər şey onu göstərir ki, biz islamçı terror aktı ilə üz-üzəyik", - deyə Dobrindt bildirib.

Berlində polis daha əvvəl Tierqarten parkı yaxınlığında insanların üzərinə avtomobil sürməkdə şübhəli bilinən şəxsin xüsusi əməliyyat zamanı zərərsizləşdirildiyini açıqlamışdı.