BAKI, 26 iyul. TELEQRAF

Elbrus dağına qalxarkən həlak olan iki Bosniya alpinistinin meyiti xilasedicilər tərəfindən Azau düzənliyinə endirilərək hüquq-mühafizə orqanlarına təhvil verilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Məlumata görə, Moskva vaxtı ilə saat 18:00-a olan vəziyyətə əsasən, Elbrus dağında aparılan axtarış-xilasetmə işləri müvəqqəti dayandırılıb.

Nazirlik bildirib ki, xilasedicilər iki Bosniya alpinistinin meyitini Azau düzənliyinə təxliyə edərək istintaq-əməliyyat qrupuna təhvil veriblər.