AĞSTAFA, 26 iyul. TELEQRAF
Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Qəza zamanı yeniyetmələrin idarə etdiyi kvadrosikl minik maşını ilə toqquşub. Hadisə zamanı 2011-cü il təvəllüdlü Nofil Nağıyev vəfat edib. Onun həmyaşıdı Kəmaləddin Əhmədov isə yaralanıb.
Yaralı xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.