BAKI, 27 iyul. TELEQRAF

SAMUX, 27 iyul. TELEQRAF

Samuxda sahədə çobanın meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kəndlərdən birində qeydə alınıb.

Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun yataqlardan birində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əmıkdaşları cəlb olunub. 57 yaşlı şəxsin çobanlıqla məşğul olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma başlanılıb.