BAKI, 26 iyul. TELEQRAF
“Qarabağ” Futbol Klubunun təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan minifutbol turniri keçirilib.
Teleqraf xəbər verir ki, final qarşılaşmasında “İdman TV”ni 4:0 hesabı ilə məğlub edən “J United” yarışın qalibi olub. Çempion komandaya qızıl medallar və kubok təqdim edilib. “İdman TV” isə turniri ikinci pillədə başa vurub.
Üçüncü yer uğrunda matçda “Xəzər” komandası “CBC Sport”a 8:2 hesabı ilə qalib gələrək bürünc medallara sahib çıxıb. Beşinci yer uğrunda görüşdə isə “Futbol+” “Media 1875”i 4:1 hesabı ilə üstələyib.
Mükafatlandırma mərasimindən əvvəl “Qarabağ”ın baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib. O, ardıcıl ikinci dəfə keçirilən turnirin artıq ənənəyə çevrildiyini bildirib.
Mükafatları Emrah Çelikel, klubun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev və “Qarabağ” Akademiyasının meneceri Nail Kərimov təqdim ediblər. Xanımlar arasında keçirilən xüsusi müsabiqələrin qalibləri də hədiyyələrlə mükafatlandırılıblar.
Turnirin ən sərrast futbolçusu “Xəzər”in üzvü Xanoğlan İmanov seçilib. “J United”in üzvləri Kamran Quliyev ən yaxşı oyunçu, Murad Şirinov isə ən yaxşı qapıçı mükafatına layiq görülüblər.