MİNGƏÇEVİR, 26 iyul. TELEQRAF

Mingəçevirdə yol qəzası baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə A. Məmmədov küçəsində baş verib.

"Mercedes" və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Müxtəlif bədən xəsarətləri alan Seyfəddin Mustafazadə, Turan Qiyasova və Rəhman Əhmədov xəstəxanaya çatdırılıb. F

aktla bağlı araşdırma aparılır