BAKI, 26 iyul. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığında Suriyadakı vəziyyəti və Kipr nizamlanmasının perspektivlərini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, telefon danışığı zamanı BMT Baş katibinin Suriya və Kiprə son səfərləri fonunda regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Antonio Quterreş bundan əvvəl Dəməşqə səfər edərək 2009-cu ildən bəri Suriyaya gedən ilk BMT Baş katibi olub.
O, şənbə günü Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə də görüş keçirib.