BAKI, 26 iyul. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin NATO-nun vaxtilə şərqə doğru genişlənməyəcəyinə dair verdiyi vədi yerinə yetirmədiyini və Rusiyanın etirazlarına baxmayaraq alyansın genişlənməsini davam etdirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Vladimir Putin çıxışı zamanı danışıb.
Rusiya liderinin sözlərinə görə, vaxtilə Sovet İttifaqının son prezidenti Mixail Qorbaçova NATO-nun şərqə doğru genişlənməyəcəyi vəd edilmişdi.
"Vaxtilə bizə, Mixail Sergeyeviç Qorbaçova NATO-nun genişlənməyəcəyi ilə bağlı söz vermişdilər", - deyə Putin bildirib.
O qeyd edib ki, sonradan Rusiyanın dəfələrlə etiraz etməsinə baxmayaraq, alyans bir-birinin ardınca genişlənməyə davam edib.