BAKI, 3 iyul. TELEQRAF
“Gürcüstanın saxta Prezidenti Mixeil Kavelaşvili də İran diktatoru Əli Xamenei ilə vida mərasiminə qatılacaq”.
Teleqraf xəbər verir ki, bunu amerikalı konqresmen Co Vilson deyib.
Konqresmen Gürcüstan Prezidentini Tbilisi və Tehran arasında anti-Amerika paktını daha da gücləndirməkdə ittiham edib.
“Gürcü Arzusu”nun saxta Prezidenti Mixeil Kavelaşvili İranla “Gürcü Arzusu” arasında anti-Amerika paktını daha da möhkəmləndirmək üçün bu tədbirdə iştirak etməyi planlaşdırır”, - Vilson qeyd edib.