BAKI, 12 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp müttəfiqlərinin köməyinə ehtiyac olmadan İranla müharibədə qalib gəldiklərini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, İtaliyanın La7 telekanalına müsahibəsində danışıb.

“Onların dəstəyinə ehtiyacımız yoxdur. Müharibəni udduq. Onlar əhəmiyyətsizdir. İranda müharibəni udduq. Bizə onların köməyi lazım deyildi”, - Amerika lideri G7 ölkələrinin İranla müharibədəki rolları ilə bağlı sualı cavablandırarkən bildirib.