BAKI, 10 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın dəniz blokadasını tarixin ən uğurlu blokadası adlandıraraq, onu polad divarla müqayisə edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “TruthSocial”da yazıb.

“Saxta xəbər mediası ABŞ-nin dəniz blokadasının nə qədər uğurlu olduğunu, dəniz əməliyyatları tarixində ən uğurlu blokada olduğunu etiraf etməkdən imtina edir. Biz istəmədikcə heç nə oradan keçə bilməz. Bu, polad divardır! İran heç nə etmir, öz hərbçilərinə maaş vermir, heç bir ödəniş etmir, sürətlə uğursuz dövlətə çevrilir. Hörmüz boğazından çoxlu neft keçir”, - Tramp bildirib.