BAKI, 21 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazında rüsum rejimi tətbiq etməsinin diplomatik razılaşmanın əldə edilməsini qeyri-mümkün edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, danışıqlarda müəyyən irəliləyişin olduğu vaxt bunun prosesi poza biləcəyi barədə xəbərdarlıq edib.
“Danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Amma biz bir qədər parçalanmış sistemlə, yəni İran rejimi ilə məşğuluq. Bununla belə, bir neçə görüş planlaşdırılıb. Bildiyim və inandığım qədər pakistanlılar Tehrana səfər edəcəklər”, - dövlət katibi deyib.
Marko Rubio vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp üstün mövqeyindən istifadə edərək, İranla yaxşı sövdələşmə bağlamaq istəyir:
“O, həmişə üstün mövqedə olub. Əgər yaxşı razılaşma əldə edə bilsək, əla olardı. Amma yaxşı bir razılaşmaya gələ bilməsək, Prezident artıq başqa variantlarının olduğunu açıq şəkildə bəyan edib. Bu variantların təfərrüatlarına girməyəcəyəm, amma hər kəs onların nə olduğunu bilir”.