BAKI, 12 may. TELEQRAF
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ohio” tipli nüvə sualtı gəmisi Cəbəllütariqə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cə Donanmasının mətbuat xidməti məlumat yayıb.
Açıqlamada deyilir: “ABŞ Hərbi Dəniz Qüvvələrinin ballistik raket sualtı gəmisi Cəbəllütariqə çatıb. Liman səfəri Amerikanın imkanlarını, çevikliyini və NATO müttəfiqlərimizə davamlı sadiqliyini nümayiş etdirir”.
Qeyd edilir ki, “Ohio” tipli sualtı gəmilər ABŞ-nin nüvə triadasının izlənilə bilməyən ballistik raket buraxılış platformalarıdır.
Pentaqon nüvə sualtı gəmilərinin yeri barədə məlumatları nadir hallarda açıqlayır, belə informasiyalar adətən məxfi saxlanılır. ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlaması Prezident Donald Trampın İranın yeni sülh təklifini “qəbuledilməz” adlandırmasından bir neçə saat sonraya təsadüf edir.