BAKI, 29 aprel. TELEQRAF

“Avropa miqrasiya, demoqrafik və ekoloji siyasətlərinə görə məhv olmaq üzrədir”.

Teleqraf xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley deyib.

“Hazırda Avropada hökm sürən bütün xaos onun pensiya sisteminin dağılması səbəbindən yaranıb. Onlar öz yaşıl gündəmlərini təbliğ edərkən, günahsız doğulmamış uşaqları öldürərkən, əcnəbilərin axınını da təşviq ediblər”, - o bildirib.

Miley əlavə edib ki, Avropa özünün yaratdığı problemləri görsə də, onları “insan idxal etmək”lə həll etməyə çalışıb: “Beləliklə, Avropa məhv olma həddinə gəlib çatdı”.