BAKI, 15 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı “kiçik səyahət” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Fox Business”ə danışıb.

“Unutmayın, bu, kiçik səyahət idi. O zaman bildirdim ki, bunu bütün dünyanın xeyri üçün etməliyik. Sonda müharibəyə getməli, hərbi əməliyyatda iştirak etməli oldum. Bəziləri bunu “müharibə” adlandırar, bəziləri “hərbi əməliyyat”. Amma mən bunu etməli idim, çünki əgər indi etməsəydim, İranın nüvə silahı olardı”, - o qeyd edib.