BAKI, 1 aprel. TELEQRAF
“Amerika Birləşmiş Ştatları tezliklə İrandan geri çəkilə bilər”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Reuters” agentliyinə verdiyi müsahibədə deyib.
ABŞ-nin İranla müharibəni nə vaxt bitirəcəyi barədə suala Amerika lideri belə cavab verib: “Sizə dəqiq deyə bilmərəm, amma tezliklə oradan çıxacağıq”.
Həmçinin Donald Tramp qeyd edib ki, ABŞ zərurət yaranarsa, yenidən İrana qarşı dəqiq zərbələrə qayıda bilər.