BAKI, 31 dekabr. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatının şimalında 5,0 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri əhalisi 121 min nəfər olan Çiko şəhərindən 135 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə qeydə alınıb.