BAKI, 30 sentyabr. TELEQRAF
ABŞ Fələstinin HƏMAS Hərəkatına Amerikanın Qəzza zolağında nizamlanma planına cavab vermək üçün 3-4 gün vaxt vermək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Virciniya ştatının Kuantiko şəhərindəki Dəniz Piyadaları bazasına yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
“Üç-dörd gün”, - Amerika lideri Qəzza ilə bağlı təkliflərə HƏMAS-ın cavabını nə qədər gözləməyə hazır olduğu ilə bağlı suala cavab verib.