BAKI, 27 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya lideri Vladimir Putinin Ukrayna ilə sülhün mümkünlüyünə münasibətindən danışıb.

Teleqraf xəbər verir ki, o, “Fox News”a müsahibəsində Putinin Alyaskada Trampla görüşündə sülhə hazır olduğunu deyib-deməməsi ilə bağlı suala müsbət cavab verib.

“Bəli. Masada sülh təklifi var. O, həqiqətən bunu söylədi, ümid edirəm ki, vədinə əməl edəcək”, - Uitkoff bildirib.