BAKI, 20 avqust. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putin Alyaskada ABŞ Prezidenti Donald Trampla görüşündə Ukrayna məsələsi ilə bağlı güzəştə gedib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

"Alyaskada keçirilən ilk görüşdə ruslar, demək olar ki, güzəştə getdilər. Bu güzəştlər qismən bizə rusların daha mülayim olmağa hazır olub-olmadığını anlamağa kömək edəcək”, - prezidentin elçisi bildirib.

Uitkoff əlavə edib ki, Aalyaskadakı görüşdə Tramp və komandasının diqqəti Ukraynada müvəqqəti atəşkəs yox, uzunmüddətli sülh sazişi üzərində fokuslanıb.