BAKI, 6 avqust. TELEQRAF
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiyaya səfəri başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xatırladaq ki, ABŞ rəsmisi Rusiyaya səfəri çərçivəsində bu gün Prezident Vladimir Putinlə görüşüb. Görüş təxminən üç saat davam edib.
Danışıqlar zamanı Rusiya-Ukrayna müharibəsi ətrafındakı vəziyyət, eləcə də Moskva ilə Vaşinqton arasında strateji əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun iddiasına görə, Putinlə Uitkoff arasında söhbət konstruktiv və səmərəli olub.