BAKI, 13 may. TELEQRAF
ABŞ-ın keçmiş prezidenti Co Baydenin 2024-cü ilin iyulunda Donald Trampla debatda məğlubiyyətindən sonra ikinci müddətə və yarışda qalmaq iddiası demokrat namizəd Kamala Harrisin qalib gəlmək şansını azaldıb.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.
Nəşr bildirir ki, Baydenin geri çəkilmək barədə gecikmiş qərarı Kamala Harris və Demokratlar Partiyası üçün kabusa çevrilib.
Qeyd olunur ki, Amerikanın tanınmış siyasi xadimləri dəfələrlə Baydeni növbəti müddətə namizəd olmaqdan çəkindirməyə çalışıblar. Hətta sabiq prezident Barak Obama onu Donald Trampı məğlub edə bilib-bilməyəcəyinə əmin olmağa çağırıb.
Senatdakı demokratların lideri Çak Şumer isə Baydenə xəbərdarlıq edib ki, seçkilərdə iştirakı uğursuz olarsa, o, Amerika tarixinə ən qaranlıq simalardan biri kimi düşə bilər.