BAKI, 13 avqust. TELEQRAF

Mərakeş hökuməti İspaniya ilə ekstradisiya haqqında sazişi dayandırmaq imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Əbdüllətif Vəhbi bildirib.

O, qərarın Mərakeş hakimiyyəti tərəfindən axtarışda olan şəxslərin təhvil verilməsi ilə bağlı yaranan problemlərlə əlaqəli olduğunu deyib:

“Hazırda Ədliyyə Nazirliyində Mərakeşlə İspaniya arasında ekstradisiya sazişinin fəaliyyətinin dayandırılması imkanını müzakirə edirik”.

Vəhbinin sözlərinə görə, Mərakeş ancaq öz vətəndaşlarının deyil, digər ölkələrdən olan miqrantların da ölkədən çıxmasına mane olur: “Amma onlar İspaniyaya çatdıqdan sonra qəbul edilir və hüquqi statusları leqallaşdırılır”.

İyulun sonunda on minlərlə qanunsuz miqrant Mərakeşdən İspaniyanın Afrikanın şimalındakı muxtar şəhəri Seutaya daxil ola bilib. Məsələ iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.