BAKI, 18 may. TELEQRAF

ABŞ hərbi bölmələri mayın 17-də Nigeriya rəhbərliyi ilə koordinasiyalı şəkildə İŞİD terror təşkilatının silahlılarının mövqelərinə hava hücumları həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı məlumat yayıb.

Hava əməliyyatı Nigeriyanın şimal-şərqində keçirilib. ABŞ İŞİD-in hərbi gücünü aradan qaldırmaq üçün bu cür zərbələri davam etdirmək niyyətindədir.