BAKI, 25 dekabr. TELEQRAF

BMT sülhməramlı missiyasının hərbçiləri Mərkəzi Afrika Respublikasında (MAR) zirehli transportyorla hərəkət edərkən yerli motosiklet sürücüsünü vuraraq öldürüb və hadisə yerindən qaçıblar.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a (Rusiya) CAR jandarmından bildirilib.

“BMT kontingentinin sülhməramlıları qarşı hərəkət zolağı ilə gedərkən motosikleti vurublar, sürücü hadisə yerində həyatını itirib. Sülhməramlıların komandiri yerli hüquq-mühafizə orqanlarının zirehli texnika və ekipaja çıxışını qadağan edib. Nəticədə hüquq-mühafizə orqanları yol-nəqliyyat hadisəsinin səbəblərini müəyyən edə bilmir”, - məlumatda deyilir.

Mənbə əlavə edib ki, bu, BMT sülhməramlılarının MAR-da bu cür davranışının yeganə halı deyil.