NAXÇIVAN, 25 noyabr. TELEQRAF
Culfada avtomobilin vurduğu qadın xəstəxanada ölüb.
Teleqraf-ın Naxçıvan bürosu xəbər verir ki, hadisə noyabrın 16-da Culfa şəhərində baş verib.
Avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Cəfərova Xədicə Rəşad qızını vurub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 72 yaşlı qadın bu gün həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.