BAKI, 25 noyabr. TELEQRAF

Baş Prokurorluğun məlumatına əsasən, cari ilin 9 ayında məişət zorakılığı ilə bağlı cinayət hadisələri üzrə 931 qadın zərərçəkmiş kimi qeydə alınıb.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində keçirilən konfransda deyib.

O bildirib ki, 906 qadın xəsarət alıb, 23-ü həyatını itirib.

"Ədliyyə Nazirliyinin məlumatına görə, bu ilin 9 ayı ərzində 50 uzunmüddətli, 443 qısamüddətli mühafizə orderi icra olunub".