BAKI, 25 noyabr. TELEQRAF
Azərbaycanda ilin sonuna kimi nikah sayı 40 minə çata bilər.
Teleqraf xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində keçirilən konfransda deyib
O bildirib ki, Azərbaycanda bu il nikah potensialında olan insanların yarısı evlənməyib.
"Bu il nikah potensialı 175 min insanı əhatə edir. Onu ikiyə böldükdə 75-80 min nikah alınır. Son statistikaya əsasən, Azərbaycanda bu il 31 min nikah bağlanıb. Qalan bir ayda isə ən yaxşı halda 10 min nikah bağlana bilər. Beləliklə, ümumilikdə 40 min nikah olacaq, bu da nikah potensialının yarısı deməkdir", - Ə.Əhmədov vurğulayıb.