NAXÇIVAN, 13 noyabr. TELEQRAF
Naxçıvanın Babək rayonunun Çeşməbasar kəndi ərazisində qəza baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, “Kamaz” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində minik avtomobilində olan 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova xəsarət alıblar.
Onlar Naxçıvan MR Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib. Qəza yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan şəxslər şəhid Zaman Məmmədlinin valideynləridir.