SUMQAYIT, 13 noyabr. TELEQRAF

Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Noyabrın 11-də 9 nömrəli marşrut avtobusu 1985-ci il təvəllüdlü Taleh Abdullovu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Bir neçə gün həkim nəzarətində müalicə alan yaralının həyatını xilas etmək mümkün olmayıb. O, bu gün xəstəxanada dünyasını dəyişib.

Hadisənin təfərrüatları araşdırılır.