BAKI, 31 oktyabr. TELEQRAF

İngiltərənin “Arsenal” klubu Braziliyanın “Kruzeyro” komandasının 17 yaşlı futbolçusu Eduardo Pape ilə maraqlanır.

Teleqraf ESPN-ə istinadən xəbər verir ki, London təmsilçisi gənc yarımmüdafiəçini qış fasiləsində heyətinə qatmaq istəyir.

Bununla belə, Almaniyanın “Bavariya” və İngiltərənin “Nyukasl” klubları da braziliyalı futbolçunun çıxışını izləyir.

2029-cu ilin dekabrına qədər müqaviləsi olan yarımmüdafiəçinin sərbəstqalma məbləği 100 milyon avrodur.

Qeyd edək ki, “Arsenal” 2027-ci il yanvarın 27-də İngiltərədə “Sabah”ı qəbul edəcək.