BAKI, 29 oktyabr. TELEQRAF

“Əgər mən desəm ki, yeni konstitusiyanın qəbulundan sonra bütün bu məsələlərin sona çatacağına zəmanət verirəm, müxalifət buna qarşı səs verəcəkmi? Bu, elə yerindəcə siyasi cəhətdən məhv olmaq deməkdir. Mövcud vəziyyətdə müxalifət əleyhinə səs verə bilməz”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O vurğulayıb ki, müxalifət əleyhinə səs vermək qərarına gəlsə, siyasi proses başlayacaq.

“Qəribə hadisə baş verəcək. Adətən parlamentin qarşısında müxalifət mitinq keçirirsə, bu dəfə hakimiyyət mitinq keçirə bilər. Belə bir hal bir dəfə baş verib”, - Paşinyan 2019-cu ilin oktyabrında baş verən hadisələri xatırladaraq qeyd edib.

Hökumət başçısının sözlərinə görə, bu ssenari (parlamentdə səsvermə) də nəticə verməsə, növbədənkənar seçkilərə getmək lazım gələcək:

“Bu halda isə bugünkü parlament müxalifətinin növbəti parlamentdə təmsil olunmayacağına 100 faiz zəmanət verilmiş olacaq. Dünənki proseslərdən sonra növbədənkənar seçkilərə ehtiyac yaranması ehtimalı kəskin şəkildə azalıb”.