BAKI, 21 oktyabr. TELEQRAF

“Azərbaycan və Türkiyə ilə qarşılıqlı əlaqələrimiz davam edir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Türkiyə ilə kifayət qədər müsbət dinamikada olan dialoqumuz var. Əlbəttə, deyə bilərsiniz ki, sərhəd tam açılmayıb, amma bir-iki il əvvəl mövcud olmayan məsələlər var.

Eyni proses Azərbaycanla münasibətlərdə də davam edir. Artıq bir neçə dəfə bəyan etmişəm ki, irəliləyiş var - ticarət, tranzit və sair”, - nazir vurğulayıb.

Mirzoyan qonşu ölkələrlə əməkdaşlıqda heç bir qəbahət görmədiyini bildirib.