BAKI, 21 oktyabr. TELEQRAF

Hökməli – Puta yolunda (Çingiz Mustafayev küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məhdudiyyətlə əlaqədar iki müntəzəm marşrut xəttinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib:

- 567 nömrəli marşrutun hərəkəti Qobu qəsəbəsinin Sona Salmanova küçəsi ilə,

- 553 nömrəli marşrutun hərəkəti isə “Yeni məhəllə” adlanan ərazi ilə təşkil edilib.