BAKI, 21 oktyabr. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” işə düşdükdən sonra Ermənistan vətəndaşlarının Azərbaycan ərazisindən maneəsiz keçidinin mümkünlüyü məsələsindən danışıb.

Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə jurnalistlərin suallarına cavab bildirib.

“Düşünürəm ki, bu məsələ hələ dəqiqləşdirilməlidir. Amma mənim proqnozuma görə, burada da rəqəmsal həllər tətbiq oluna bilər. Bilirik ki, münaqişə və psixoloji amillər mövcud olub. Amma sülhün bərqərar olması, ikitərəfli ticarət və tranzit məsələlərində əldə etdiyimiz irəliləyiş tempi ilə psixoloji məsələlərdə də irəliləyirik və bu proses kifayət qədər sürətlə gedir”, - Ararat Mirzoyan vurğulayıb.

O əlavə edib ki, artıq bu məsələlər əvvəlki kimi gərgin və kəskin qəbul olunmur.