BAKI, 6 oktyabr. TELEQRAF

“İran ABŞ ilə danışıqlara hazırdır və bundan qorxmur, istər müharibə, istərsə də dialoq yolu ilə özünü müdafiə edəcək”.

Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib.

“Danışıqlar vasitəsilə dünya ilə elmi əlaqələrimizi davam etdirmək istəyirik, amma heç bir şəraitdə öz haqqımızdan geri çəkilməyəcəyik. Düşmən sivilizasiyamıza qarşı müharibə aparır. Bu müharibə sivilizasiyalararası müharibəyə çevrilib. Biz həqiqətən də elmi müharibənin içindəyik. Bu vəziyyətdən güclü çıxacağıq, İran başıuca qalacaq”, - o bildirib.