BAKI, 2 oktyabr. TELEQRAF

İran Ermənistanla sərhəddə “Norduz” keçid məntəqəsi yenidən qurur. Ermənistan nümayəndə heyəti təməlqoyma mərasimində iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Yol Departamenti məlumat yayıb.

“Norduz” sərhəd-keçid məntəqəsində qurumlararası görüş keçirilib. Görüşdə Ermənistanın ərazi idarəetməsi və infrastrukturlar nazirinin müavini Kristine Qaleçyan və İranın yollar və şəhərsalma nazirinin müavini Rza Əkbəri iştirak edib.

Tərəflər sərhəd infrastrukturunun modernləşdirilməsini və yükdaşımaların həcminin artırılması mexanizmlərini müzakirə ediblər.

Görüşün yekununa əsasən, nazir müavinləri ikitərəfli yükdaşımalar sahəsində mövcud maneələrin aradan qaldırılması ilə bağlı praktiki razılığa gəliblər.