BAKI, 30 sentyabr. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən İsrailin Təl-Əviv şəhərinə uçan sərnişin təyyarəsində qəza törətməyə cəhd etdiyi bildirilən pilotun iş təcrübəsi məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə "Israel Hayom" məlumat yayıb.

Məlumata görə, "Flydubai" aviaşirkətinin təyyarəni qaçırıb qəza törətməyə cəhd göstərən pilotu şirkətdə cəmi 9 ay işləyib.