BAKI, 2 oktyabr. TELEQRAF
UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan - Litva oyununu portuqaliyalı hakimlər idarə edəcək.
Teleqraf xəbər verir ki, D Liqasının 2-ci qrupunun qarşılaşmasına FIFA referisi Qustavo Korreyya baş hakim təyin olunub.
Ona həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək edəcəklər. Migel Andre Monteyro Fonseka dördüncü hakim olacaq.
VAR-da Bruno Esteves, AVAR-da isə Ana Klaudiya Silva Ribeyro fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.